Sağlamlıq
Voznesenski koronavirusun sinir hüceyrələrinə yayılma TƏHLÜKƏSİNDƏN DANIŞDI
Koronavirus sinir sisteminin hüceyrələrinə yoluxmağa qadirdir, lakin müşahidə olunan xəstələrin əksəriyyətində virus ilk növbədə tənəffüs orqanlarına ziyan vurur.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski danışıb.
“COVID-19-un sinir hüceyrələrinə təsirinin əhəmiyyətindən danışmaq hələ tezdir. Koronavirus fərqli hüceyrələrdə çoxala bilər. Bunlar tənəffüs sisteminin hüceyrələri, mədə-bağırsaq traktının və sinir hüceyrələrinin epiteliya hüceyrələridir. Odur ki, SARS-CoV-2 virusunun sinir sisteminin hüceyrələrində çoxalması nəzəri olaraq istisna edilə bilməz. Lakin bu simptomun əhəmiyyətli olub-olmaması barədə şübhələrim var”, - ekspert “RİA Novosti”yə açıqlamasında bildirib.
O, koronavirusun infeksiya əlamətləri görünməzdən əvvəl də yoluxmuş insanın şüuruna mümkün təsiri barədə Amerika alimlərinin kəşfini şərh edib. İnfeksionist əlavə edib ki, COVID-19 hər şeydən əvvəl ağ ciyər hüceyrələrini zədələyir.
“Hazırda ölümlə əlaqəli çox sayda xəstənin sinir sisteminin hüceyrələrində xeyli miqdarda virus olduğunu söyləmək olmaz. Odur ki, fikrimcə, bu cür nəticələr haqqında fikir bildirmək bir qədər tezdir”, - Voznesenski qeyd edib.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































