Sağlamlıq
Koronavirusla 5G arasında əlaqə araşdırıldı
Beynəlxalq məsləhətçi “Deloitte” şirkəti beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyası sayının artması arasındakı mümkün əlaqə haqqında araşdırma aparıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə puça çıxıb.
“Bu, mümkün deyil. COVID-19 insandan insana hava-damcı yolu ilə yoluxan virusdur. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz”, - araşdırmanın müəllifləri qeyd edib.
Mütəxəssislər 5G-nin insanların immun sistemini zəiflətmədiyini də əlavə ediblər. Tədqiqat müəllifləri 2021-ci ildə belə söz-söhbətlərin davam edəcəyi barədə xəbərdarlıq ediblər.
5G rabitə standartının sağlamlıq üçün təhlükələri barədə sui-qəsd nəzəriyyələri 2016-cı ildən yayılıb. Əsasən internet forumlarında və Yutubda yerləşdirilib. Koronavirusun dünyaya yayılması ilə birlikdə 5G mobil rabitə qüllələrinin pandemiya ilə əlaqəli olduğu barədə şayiələr yenidən yayılmağa başlayıb. Sui-qəsd nəzəriyyəçiləri qüllələrdən gələn radiasiyanın COVID-19 ilə eyni simptomlara səbəb olduğunu iddia edirlər.
Oksford Universitetinin mütəxəssisləri isə bildirib ki, bu cür şayiələrin yayılmasının səbəbi siyasətçilər və məşhurlardır. Vudi Harrelsonun artan koronavirus simptomları ilə 5G qüllələrindən gələn radiasiya arasındakı əlaqə barədə əsassız fikirləri buna nümunə göstərilib. Rusiyada bu nəzəriyyəni televiziya aparıcısı Viktoriya Bonya dəstəkləyir.
Aytən Məftun
-
Region23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə















.jpg)




















