Sağlamlıq
Beynin işini stimullaşdıran qidalar
Rusiyalı dietoloq Yelena Solomatina “Sputnik” radiosuna verdiyi müsahibədə beyin stimullaşdırıcı qidalar haqqında danışıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert qeyri-sağlam qidalanmanın və ya ağır pəhrizlərin ümumi sağlamlığın pisləşməsinə, xroniki yorğunluğa səbəb olduğunu və sinir sisteminə təsir göstərdiyini deyib.
Solomatina qeyd edib ki, beynin işini yaxşılaşdırmaq üçün yeməkdə kifayət qədər miqdarda xolin olmalıdır. Xolin xüsusilə yumurta sarısı, ət, yulaf və gül kələmində çoxdur. Eyni zamanda tərkibində dəmir və B12 olan qidalar yeməlisiniz. Xolin və ya B4 vitamini orqanizmin bir çox proseslərində iştirak edir. Lakin əsas vəzifəsi sinir sistemini qorumaq, onun fəaliyyətini yaxşılaşdırmaqdır. Xolin sinir hüceyrələrini dağılmaqdan qoruyur, sinir sistemində pozulmaların inkişafının qarşısını alır. Eyni zamanda beyin damarlarının sağlamlığını qoruyur ki, bu da insultun profilaktikasında böyük rol oynayır:
“Xolin səviyyəsi yaşla bağlı azalır, başgicəllənmə və yorğunluq meydana gəlir. Beynin daim oksigen alması üçün dəmirə ehtiyac var”, - dietoloq izah edib.
Solomatina istənilən effekti əldə etmək üçün qırmızı ət və qaraciyərə də mümkün qədər üstünlük vermək lazım olduğunu vurğulayıb. O, şirniyyatın məhdudlaşdırılmasını, daha çox göyərti, tərəvəz və meyvə yeməyi tövsiyə edib.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


