Sağlamlıq
Vaksin vurduranlar niyə xəstəliyi yüngül keçirir?
Vaksin vurduranlar və koronavirusa yoluxan insanlar niyə ikinci dəfə xəstəliyi yüngül keçirir? İmmunitet varsa, niyə yenidən virusa yoluxurlar? İmmunitet yoxdursa, virusu yüngül keçirmələrinin səbəbi nədir?
Publika.az-ın xəbərinə görə, anestezioloq-reanimatoloq Şahin Məmmədov insanları maraqlandıran bu suallara cavab verib.

“Biləsiniz ki, immun sistemi milyonlarla il ərzində inkişaf yolu keçib, mürəkkəb, çoxpilləli və çoxbudaqlı bir sistemdir. İmmun hüceyrələriniz - əsgərlərdir. Odur ki, xəstəliyi ağır keçirən insanlarda daha dayanıqlı immunitet əmələ gəlir.
İmmunoqlobulinlər 6 aydan sonra itərsə, virusa təkrar yoluxma olur. Amma xəstəlik yüngül keçir. Çünki sizin immun T və B hüceyrələriniz də var. Yəni humoral immunitetdən başqa hüceyrə immuniteti də var. Bu hüceyrələrin keçmiş SARS virusundan sonra 10 illərlə qanda qaldığı tədqiqatlar nəticəsində məlum olub. COVID-19-un yaratdığı hüceyrə immunitetinin SARS virusunun yaratdığı immunitetdən fərqli olacağına əsaslı səbəb yoxdur. Nadir istisnalar olsa da, bu, qaydanı dəyişmir”.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































