Sağlamlıq
Yoluxma belə davam edərsə, apreldə vəziyyət necə dəyişəcək? - Tanınmış həkim açıqladı
“Yoluxma sayı belə davam edərsə, aprel ayında rəqəmlərin artacağını təxmin edirəm. Hazırda xəstəxanalarda vəziyyət ilk iki dalğada olduğu kimi olmasa da, dalğa öncəsi mərhələdə olduğumuz dəqiqdir”.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Cərrahpaşa Universitetinin baş həkimi, professor Zekayi Kutlubay deyib. Həkim bildirib ki, mart ayından bəri xəstə sayında artım müşahidə olunur:

“Odur ki, bu yüksəlişin davam edəcəyi düşüncəsi narahatlığa səbəb olur. Yoluxma sayı ilə əlaqədar paralel olaraq xəstəxanaya müraciət edənlərin də sayı artmağa başlayıb. Yaxşı tərəfi odur ki, reanimasiyada COVID-19 xəstələri artmayıb. Gündəlik xəstə sayı və palataya yerləşdirilən xəstə sayı artmağa başlayarsa, reanimasiyaya ehtiyacı olanların sayı da yüksələcək. Qarşıdakı günlərdə belə bir təhlükə proqnozlaşdırılır”.
Zekayi Kutlubayın sözlərinə görə, vəziyyət gərginləşərsə, karantin tədbirləri yenidən sərtləşdirilə bilər:
“Gündəlik yoluxma tendensiyası bu şəkildə davam edərsə, məhdudlaşdırıcı tədbirlər yay mövsümündə də davam edə bilər. Odur ki, bu versiyaya da hazırlıqlı olmalıyıq”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
