Sağlamlıq
Koronavirusa yoluxanlarda əsas risk faktorları müəyyən edildi
Koronavirusa yoluxanlar xüsusilə mərkəzi sinir sisteminin zədələnməsi və nevroloji problemlərlə qarşılaşa bilərlər.
Publika.az “Lente.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Beyin və Neyrotexnologiya Mərkəzinin idrak zəifliyi şöbəsinin müdiri, tibb elmləri doktoru Anna Boqolepova danışıb.
“COVID-19-da beyin qan dövranının kəskin pozulmaları diqqət çəkir. COVID-19 xəstələrində açıq-aşkar şəkərli diabet, koroner ürək xəstəliyi və arterial hipertoniya ilə müşayiət olunan risk faktorlarının olması insultun inkişafında əsas əhəmiyyət daşıyır” , - həkim bildirib.
Bundan əlavə, mütəxəssisin sözlərinə görə, COVID-19-un şiddətli gedişi iltihabi dəyişikliklərə, qan laxtalanma pozğunluqlarına və mikrodamar yatağının zədələnməsinə səbəb olur.
Xatırladaq ki, bioloq Ança Baranova koronavirus infeksiyasının ağır gedişinin səbəblərini genetik meylliliklə əlaqələndirmişdi. Adi laboratoriyalarda belə bir meylliliyi öryənmək üçün DNT testləri etmək çətindir, lakin test aparılarsa, genetik COVID-19-un ağır riskləri barədə fikir söyləyə bilər.
Aytən Məftun
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov














.jpg)





















