Sağlamlıq
Azı da ziyandır, çoxu da: Yuxu ömrümüzü belə QISALDIR
Gecə 6-7 saat yatan fərdlər az və ya çox yatanlarla müqayisədə infarkt keçirmə riski ilə nadir hallarda üzləşirlər.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Alimlər tərəfindən aparılan araşdırmanın nəticəsində deyilir.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, 6-7 saatlıq gecə yuxusu ürək sağlamlığı üçün daha faydalı ola bilər.
2005-2010-cu illər arasında ABŞ-da keçirilmiş "Milli Sağlamlıq və Bəslənmə Müayinəsi Sorğusu"na qatılan 14079 nəfər orta yaşlı insanın məlumatlarını təhlil edən tədqiqatçılar iştirakçıları gecə yuxusu müddətinə görə üç kateqoriyaya bölüblər. Onların yuxu vaxtı və ürək sağlamlığı izlənilib.
Daha sonra iştirakçıların aterosklerozla əlaqəli ürək xəstəliyi riskini araşdıran tədqiqatçılar yuxu müddəti ilə ürək sağlamlığı arasında əhəmiyyətli əlaqə olduğunu təyin ediblər.
Ürək xəstəliklərini tətikləyən amillər nəzərə alınan zaman yuxunun tez-tez nəzərdən qaçırıldığını bildirən Henry Ford Xəstəxanasının həkimi, tədqiqat qrupunun rəhbəri Kartik Gupta 6 saatdan az və ya 7 saatdan çox yatan iştirakçıların ürək xəstəliklərindən ölüm riskinin daha yüksək olduğunu bildirib.
Gupta yalnız yuxu müddətinin deyil, eyni zamanda yuxunun keyfiyyətinin və dərinliyinin də vacib olduğunu vurğulayıb.
Hüseyn
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)