Sağlamlıq
Ölüm tarixini proqnozlaşdıran kalkulyator yaradıldı
Kanadalı alimlər yaşlı insanın ölüm ehtimalını proqnozlaşdıran onlayn kalkulyator yaradıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Kanada Tibb Assosiasiyasının jurnalında yayımlanıb.
Bildirilib ki, alimlərin bu cür qeyri-adi kalkulyatoru ixtira etməsinin səbəbi ölkədəki yaşlıların 80 faizinin ömrünün son ilində lazımi qayğı almamaları və əksəriyyətinin gözlənilməz səbəblərdən ölməsi olub. Belə bir kalkulyator həkimlərə və yaşlıların qohumlarına onların nəyə ehtiyac duyduqlarını anlamağa imkan verəcək.
Sistem 6 il ərzində evdə qulluq xidmətlərindən istifadə edən 491 min nəfər barədə məlumatlar əsasında hazırlanıb. Tədqiqatçılar bu məlumatlardan istifadə edərək ölümə aparan əsas amillərin nə olduğunu aşkar edib. Alimlər əmindir ki, bir insanın gündəlik davranışlarına əsasən hansı tezlikdə öləcəyini təyin etmək mümkündür. Məsələn, yaşlı insan daha az hərəkət etməyə, yeməyə və özünə az qayğı göstərməyə başlayırsa, yaxın 6 ayda ölüm ehtimalı artır.
Sistem 100 faizlik proqnoz vermir, ancaq həkim ona etibar edərək xəstə üçün lazımi müalicəni seçib ömrünü uzada bilər.
Aytən Məftun
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















