Sağlamlıq
ÖLÜMCÜL XƏSTƏLİYİN ilk simptomları: Söhbət zamanı hansı məqamları qaçırırıq?
"Standart idrak pozğunluğu və demans eyni şey deyil. Demans ümumiyyətlə yavaş inkişaf edir və diaqnoz qoymaq çətindir, buna görə potensial simptomların tam spektrini bilmək vacibdir".
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tasmaniya Universitetinin (Avstraliya) idrak pozuntuları üzrə neyrobioloqu Dr. Marie Farrov məlumat verib.
O bildirib ki, demansın ilk əlamətlərindən bəziləri gündəlik fəaliyyətlər zamanı, söhbət əsnasında görülə bilər:
"Hər kəs bəzən bu və ya digər sözü danışanda unuda bilər. Demanslı insanlar bu problemlə çox üzləşirlər. Daha tez-tez səhv sözləri fərqinə varmadan istifadə etməyə başlayırlar. Məsələn, bu şəxslər "kartofu ver" əvəzinə "almanı ver" deyə bilərlər".
Bəzi demans növlərində dil problemi diqqət çəkən ilk simptomlar ola bilər. Bunlar frontal demans (PDD) və Alzheimer xəstəliyidir. Demans beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir. Bu xəstəlik adətən alzhemer xəstəliyi ilə qarışdırılır. Ancaq tamamilə fərqlidir.
Demans xəstəliyi adətən 50-60 yaş arası kişilərdə müşahidə edilir. Dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə, kimi zehni funksiyalarda görülən tutulmuş bacarıqlarının axsaması və zamanla itirilməsi vəziyyətidir. İnsan ömrü uzandıqca bu xəstəlik riski də yüksəlir. Yaşlı insanlarda unutqanlığın səbəbi olaraq bilinsə də əksər zaman fərqli əlamətlərlə üzə çıxır.
Ailədə olan xroniki psixoloji problemlər, beyin damar xəstəlikləri, demans xəstəliyinin olması, beyin travmaları bu xəstəliyin inkişafına səbəb ola biləcək əsas səbəblərdən biridir. Bir çox hallarda ölümə səbəb olur.
Xəstəliyin əlamətləri nədir?
• Danışarkən çətinlik çəkmək
• Yaddaşsızlıq
• Kefsizlik - insanlara qarşı güvənsizlik
• Xoşbəxtkən qəfil yaranan kefsizlik
• Təkrarlanan eyni davranışlar
• Davranışın etmə səbəbini unutmaq
• Günlük işləri etmədə yaranan çətinlik
• Birdən-birə yaranan yorğunluq hissi
Demans xəstəliyinin müalicəsi varmı?
Erkən diaqnoz zamanı müalicəsi mümkündür. Ancaq tamamilə xəstəlikdən xilas olmaz təəssüf ki mümkünsüzdür. Dərman, vitaminlər xəstəliyin ağır formasına tutulmaqdan qoruyur.
Hüseyn
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
















.jpg)







.jpg)

.jpg)










