Sağlamlıq
Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir.
Publika.az xəbər verir ki, bitkinin bu xüsusiyyətləri barədə tibb elmləri doktoru Vladimir Podxomutnikov danışıb.
“Giləmyevə daha bir keyfiyyətə malikdir, içində olan K vitamini kalsiumun maksimum mənimsənilməsini təmin edir. Başqa bir vacib məqam kalium və maqnezium ehtiva etməsidir. Bu iki mikroelementin birləşməsi ürəyin yaxşı ritmik olmasını təmin edir” , - ekspert qeyd edib.
Giləmeyvə qan zəhərlənməsi və ya peritonitə səbəb olan bakteriyalarla mübarizə aparmağa kömək edir. Alim giləmeyvənin dondurulmuş vəziyyətdə saxlanmalı olduğunu bildirib. Onun sözlərinə görə, lonisera kaerulea isti temperaturda xüsusiyyətlərini itirir, odur ki, mürəbbə hazırlayarkən temperaturu izləmək vacibdir.
Giləmeyvədəki antioksidanlar beynin, ürəyin, qaraciyərin və qan damarlarının vəziyyətinə faydalı təsir göstərərək bədənin yaşlanmasını yavaşlatmağa kömək edir. Eyni zamanda, antioksidant təsiri baxımından lonisera kaerulea ən yaxşı antioksidant sayılan böyürtkən, çiyələk, moruq, mərcanı və qarağatı bir neçə dəfə qabaqlayır.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)