Sağlamlıq
Şahin Məmmədov başın çox tərləməsinin səbəbini açıqladı
Koronavirusun verdiyi neyropatiya təkcə iy və dadbilmə hissiyyatının itməsi deyil. Güclü tərləmə də tər vəzilərini tənzimləyən avtonom sinir sisteminin funksiya pozulmasıdır. Təkcə baş nahiyəsi tərləyirsə, çox güman ki, bu, vitamin D çatışmazlığına görədir.
Publika.az xəbər verir ki, bu sözləri reanimatoloq-anestezioloq Şahin Məmmədov deyib. Koronavirusun bədəndə yaratdığı fəsadlardan söz açan həkim qeyd edib ki, ümumi bədənin profuz tərləməsi avtonom sinir sisteminin neyropatiyasının nəticəsidir, bir müddətə öz-özünə bərpa olacaq, müalicəsi üçün xüsusi dərmana ehtiyac yoxdur:
“Güclü tərləmənin mənfi cəhəti çoxlu su itkisidir. Tərin tərkibində həm Na, həm də su var, amma güclü tərləmədə su natriumdan daha çox itirilir deyə nəticədə hipernatremiya yaranır. Bol maye qəbul edərək dehidratasiyanı aradan qaldırmaq lazımdır.
Tərləmənin müsbət tərəfi də var. Tər vasitəsilə həm toksinlər bədəndən xaric olunur (dəri böyrəklər kimi həm də ifrazat orqanıdır), həm də tərin tərkibində azot oksidi mövcuddur ki, bu da bakteriosid və virus əleyhinə təsirə malikdir, xəstəni əlavə infeksiyalardan qoruyur”.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































