Sağlamlıq
Yoluxmalar artacaq: quru öskürək, qızdırma və... - Həkimdən XƏBƏRDARLIQ
Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay koronavirusun “omikron” ştamı ilə yoluxma zamanı yaranan əsas simptomları sadalayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ekspert vurğulayıb ki, hazırda yoluxanlarda xəstəlik əsasən yüngül formada gedir, lakin uzunmüddətli nəticələr çıxarmaq üçün hələ tezdir. “Qrip əlamətləri, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Bu simptomlar COVID-19-un digər dalğalarındakı xəstəliyin əlamətlərinə bənzəyir”.
Qeyd edək ki, bundan əvvəl Keyptaun Xəstəxanasının Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Mark Mendelso koronavirusun “omikron” ştamı ilə mübarizə aparmağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, peyvənd xəstəlikdən effektiv şəkildə qoruyacaq. Mütəxəssis istisna etməyib ki, ştam immun sistemindən yayına bilər və bu, təkrar yoluxmaların sayını artıracaq.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































