Sağlamlıq
Məşhur professordan "Omikron" XƏBƏRDARLIĞI - Uşaqlarınızı qoruyun!/VİDEO
Video əlavə olunub.
xxx
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünya panikaya düşməməlidir, lakin COVID-19 virusunun yeni variantı olan "Omikron"a hazır olmalıdır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hacettepe Universitetinin Uşaq Yoluxucu Xəstəliklər üzrə baş mütəxəssis, prof. dr. Mehmet Ceyhan yeni ştamın uşaqlar üçün təhlküləli ola biləcəyini deyib:
“Omikron variantının ortaya çıxması ilə Cənubi Afrikada gündəlik yoluxmaların sayı bir həftə ərzində 300-dən 11000-ə yüksəldi. İndiyədək müşahidə edilən yoluxmalar ciddi deyil. Ancaq ən diqqət çəkən xüsusiyyəti ağırlaşmaların daha çox uşaqlarda müşahidə olunmasıdır. 0-9 yaş qrupu xəstəliyin ən çox simptomatik olduğu yaş qrupudur. Xüsusilə 0-5 yaş qrupunda ağırlaşmalar üstünlük təşkil edir. Bu çox maraqlı vəziyyətdir. Çünki əvvəlki yoluxmalarda 5 yaşa qədər uşaqlarda simptomatik xəstəliklərin sayı digər yaş qruplarına nisbətən aşağı olmuşdu. Bu yaş qrupunun hələ peyvənd olunma şansı olmadığı üçün tədbirləri gücləndirmək və xəstəliyin kiçik uşaqlara keçməsinin qarşısını almaq lazımdır.
0-5 yaşlı uşaqlar soyuqdəymə və qripə ən çox rast gəlinən qrupdur və ildə orta hesabla 10-12 dəfə xəstəliyi yüksək hərarətlə keçirirlər. Uşaq bağçalarında müayinə və test olmadan diaqnoz qoymaq mümkün deyil. Bunun üçün sürətli diaqnostik testlər tələb olunur.
Peyvənd olunmamış yetkinlərin (qohumlar, qonşular, məktəb və xidmət işçiləri...) azyaşlı uşaqlarla təmasda olmasının qarşısı alınmalıdır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
