Sağlamlıq
Məşhur həkimdən XƏBƏRDARLIQ: Uşaqlarınızı tez-tez rentgen etdirməyin, yoxsa....

Demək olar ki, hər gün əlində yersiz yerə çəkilmiş rentgen şəkilləri ilə gələn valideynləri görəndə ürəyim parçalanır. Etməyin belə! Uşaq öskürdü- rentgen, hərarət qalxdı - rentgen, təngənəfəs oldu - rentgen. Olmaz! Rentgen şüası radiasiyadır. Uşaq orqanizminin hüceyrələri bu cür təsirlərə çox həssasdır. Rentgen şüaları hüceyrələrə sitotoksik və genotoksik təsir edir. Uzun aylar orqanizmdə qalır. İki rentgen çəkimi arasında minimum 6 ay fasilə olmalıdır. Bu gün yersiz çəkilmiş rentgenə görə bir müddət sonra baş verə biləcək travmada sınıq diaqnozu üçün artıq miqdar rentgen şüası almış olacaq.
Publika.az xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə danışıb.
Valideynləri diqqətli olmağa çağıran pediatr qeyd edib ki, yersiz rentgen çəkimlərinə görə xəstəxanaya xəstə göndərməkdən həmişə çəkinib.
“Hətta bu yaxınlarda heç pnevmoniyanın p hərfi olmayan bir uşağı xəstəxanaya girən kimi rentgen etmişdilər. Xəstəxana xəstəlik tarixçəsinə yapışdırmaq üçün sübut kimi rentgen çəkir. Bəzi həkimlər isə təcrübəsizlikdən, xəstəyə çox zaman ayırmamaqdan, alacağı faizdən ötrü də rentgenə göndərə bilir. Soruşsan sorğu-sualı yoxdur. Deyəcəklər ki, protokolda belədir. Axı biz həkimdən öncə həm də insanıq. Robot deyilik. Əgər hamilə bir qadın rentgenə necə ehtiyatla göndərilirsə, eyni ehtiyat tədbiri uşaqlar uçun də olmalıdır. Çünki böyüyən, bölünən hüceyrələr həmişə radiasiyaya çox həssas olur. Bu təkcə bizdə belə deyil. Bütün dünyada belədir”.
Həkim qeyd edib ki, bronxitə, pnevmoniyaya diaqnoz qoymaq üçün bizə rentgen lazım olmamalıdır.
“Biliyimiz və savadımız buna çatmalıdır. Əgər exinokokk kisti, vərəm, plevrit, qida borusunda, nəfəs borusunda yad cisim, skolioz dərəcəsi və s. şübhəmiz varsa, o zaman rentgenə müraciət edirik. Bu da həmişə olmur.
Artıq hər beş uşaqdan biri rentgen olunur. Bu, dəhşətdir. Valideynlər də “ürəyim rahat olsun deyə rentgen etdirdim" deyir. Anam-bacım, sənin ürəyin rahat olsun deyə uşağın sağlamlığını narahat edə bilmərik. Zatən orda da hər şey yazılır, daha göturub həkimə gəlməyinin mənası nə. Həkimə gəlirsən ki, lazım olarsa rentgen etdirməsin. Əgər bronxiolit, ya da pnevmoniyadan şubhəmiz varsa, zatən geniş spektr antibiotik təyin edəcəyiksə, rentgen nəyə lazım? Davaya gələcək valideynin önünə sübut kimi qoymağa? O zaman olar” , - A.İsmayılzadə yekunda bildirib.
-
Sağlamlıq07:35
Bənövşəyi meyvə və tərəvəzlərin daha 2 faydası üzə çıxdı
-
İdman04:30
“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi