Sağlamlıq
48 kq arıqlayan gənc ana sirrini bölüşdü
28 yaşlı Mariya Savitskaya 2017-ci ilin iyulunda tərəzidə 138 rəqəmini görəndə ağlamağa başlayıb. Ana olduqdan sonra sürətlə kökəlməyə başlayan Mariyada şirniyyat bağlılığı yaranıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, uşaqla oynayarkən təngənəfəslik və oynaq ağrıları kimi problemlər yarandığını müşahidə edib. Bundan sonra Mariya bütün iradəsini toplayıb arıqlamağa qərar verir. Müxtəlif üsulları sınasa da, əvvəlcə heç nə kömək etməyib. O, daha diqqətli olmağa və asan həzm olunan məhsullara üstünlük verməyə başlayıb. Bir ildə 48 kq arıqlayan Mariya sirrini sosial şəbəkədə paylaşıb. Uşaqlıqdan artıq çəki problemindən əziyyət çəkdiyini deyən Mariya doğuşdan sonrakı stress səbəbindən kökəldiyini bildirib:
“Başımdakı problemləri həll etmək əvəzinə, onları yedim. Peçenyelərə, çörəklərə və digər zərərli məhsullara üstünlük verdim. Nəticədə bir gün tərəziyə çıxdım və göz yaşlarına boğuldum. Qərara gəldim ki, özümü toparlamalıyam. Birinci, Maggi adlı çox məşhur bir pəhrizə başladım. Pəhriz yumurta və ya kəsmikdən ibarət idi. Sonra məhsulların monotonluğu məni narahat etdi və yenidən şirniyyatlara qayıtdım.
Sonda fasilələrlə oruc tutmağı seçdim. 8 saat ərzində üç dəfə yemək yeyir, sonra 16 saat - yalnız su içirdim. Əslində yuxunu nəzərə alaraq gündə 16 saat ac qalmaq o qədər də qorxulu deyil. Mənim üçün belə bir məhdudiyyət qurtuluş oldu.
Bundan əlavə, pəhrizdən təmiz şəkər və xəmir xörəklərini çıxardım. Sonra lazımsız yeməkləri - çipsləri, qəlyanaltıları və digər zərərli yeməkləri. İyul ayında qaydaları daha da sərtləşdirdim: 18/6 sxeminə keçdim. Gündə iki dəfə yemək yeyir və özümü əla hiss edirdim. Şişkinlik getdi, baş ağrısı, bel ağrısını unutdum, yuxum yaxşılaşdı. Dekabrın 31-də gördüm ki, çəkim 94 kiloqramdır, indi artıq 88-ə düşmüşəm. 8 kiloqram da arıqlamaq istəyirəm ki, tərəzidəki ox 80 rəqəmini göstərsin. Sonra idman zalına gedib bədənim üzərində işləməyə davam edəcəyəm.
İnsanlar mənim arıqlamaqda irəliləyişimi gördülər, maraqlandılar. Bir dəfə yulaf puresi bişirdiyim bir video yerləşdirdim. O, mənə populyarlıq gətirdi. Video 2,2 milyon baxış topladı və insanlar mənə aktiv şəkildə abunə olmağa başladılar”, - gənc ana bildirib.
Yulaf sıyığının resepti
30 qram yulaf, bir yumurta, 60 qram süd. Ədviyyatlardan sarımsaq və duz.
Hazırlanması: Tava qızana qədər ərzaqları qarışdırın. Yulafı orta istilikdə qızardın, çevrildikdə hazır tərəfə pendir dilimləri əlavə edin.
Qidalanma mütəxəssisi Anna Stupiçeva Mariyanın uğurundan məmnundur, lakin başqalarının reseptlərini ağılsızcasına istifadə etməmək barədə xəbərdarlıq edir. Fasiləli oruc, hər hansı digər pəhriz kimi, hər kəs üçün uyğun olmaya bilər: “Hər hansı bir pəhrizə başlamazdan əvvəl diyetoloqla məsləhətləşməlisiniz. Əvvəlcə testlərdən keçməli, artıq çəkinin səbəbini tapmalısınız. Mümkündür ki, yeməkdə uzun fasilələr əks göstərişə səbəb ola bilər. Unutmayın ki, pəhriz müalicə strategiyasıdır”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


