Sağlamlıq
ÜST-dən "Kinder Surpriz"lə bağlı ŞOK AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaydığı açıqlamada bildirib ki, “monofazik Salmonella Typhimurium sequence type 34” adlanan Salmonella infeksiyasının yayılmasına Belçikadakı şokolad istehsalı müəssisəsi səbəb olub. Bu günə qədər 11 ölkədən 151 hadisə qeydə alınıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün apardığı araşdırma nəticəsində “Kinder Surprise” şokolad məhsullarının 113 ölkəyə paylandığı və aprelin 10-dan etibarən məhsulların Beynəlxalq Qida Təhlükəsizliyi Orqanları Şəbəkəsi (İNFOSAN) tərəfindən geri qaytarılmağa başladığını məlum olub.
ÜST bildirdi ki, Böyük Britaniya onları ilk dəfə 27 martda Salmonella infeksiyası ilə bağlı məlumatlandırıb və sübutlar aprelin 25-də Belçikada istehsal olunan şokolad məhsuluna əsaslanır.
“2021-ci ilin dekabrında və 2022-ci ilin yanvarında Belçikanın Arlon şəhərindəki Ferrero Korporativ müəssisəsinin süd çənlərində monofazlı S.Typhimurium aşkar edilib ki, bu da insan yoluxma hallarına uyğundur”, - açıqlamada qeyd edilib.
ÜST-ün yaydığı məlumata əsasən aparılan analizlərə görə infeksiyanın 6 növ antibiotikə davamlı olduğunu vurğulayıb.
ÜST 25 aprel tarixinə Belçikada 26, Fransada 25, Almaniyada 10, İrlandiyada 15, Lüksemburqda 1, Hollandiyada 2, Norveçdə 1, İspaniyada 1, İsveçdə 4, Böyük Britaniyada 65 və ABŞ-da 1 yoluxma olmaqla cəmi 151 Salmonella yoluxma qeydə alınıb.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)