Sağlamlıq
Tər qoxusundan qurtulmağın yolları
Diyetoloq Canet Koulman bədən qoxusundan qurtulmağın yollarını açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssisin açıqlamasını “Eat This, Not That!” nəşri yayıb.
Canet Koulman rasionu yenidən nəzərdən keçirməyi tövsiyə edir. Bu, bədən qoxusunun çox vaxt qidadan asılı olması ilə bağlıdır. Məsələn, kükürdlə zəngin qidalar yeyirsinizsə, bədəninizdən çürük yumurta iyi gələ bilər. Bəzən kofein, ədviyyatlar, isti sous və spirt xoşagəlməz qoxunun kəskinləşməsinə yol açır.
“Ədviyyatlı yeməklər və spirtli içkilər tərləməni artırır. Buna görə də ailəniz və dostlarınızla vaxt keçirməyi planlaşdırırsınızsa, bu məhsullardan imtina edin”, - Koulman tövsiyə edib.
Stress və bəzi dərmanlar da tərləmənin artmasına səbəb olur və nəticədə bədən qoxusunu artırır. Bunun qarşısını almaq üçün mütəxəssislər xırda problemlərə görə əsəbiləşməməyi və lazımsız yerə dərman qəbul etməməyi məsləhət görürlər.
Süni parçalardan hazırlanmış paltarlar, yoluxucu və ya xroniki xəstəliklər, əsas gigiyena qaydalarına əməl edilməməsi də xoşagəlməz bədən qoxusuna səbəb ola bilər. Vaxtında tibbi müayinədən keçsəniz, uyğun paltar seçsəniz və müntəzəm duş qəbul etsəniz, bunun qarşısını almaq olar.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































