Sağlamlıq
Bu vitaminlər son dərəcə təhlükəli ola bilər
İndi xüsusilə uşaqların qidalanmasında istifadə olunan vitamin tərkibli preparatların həddindən artıq dozası problem yarada bilər.
Publika.az xəbər verir ki, diyetoloqlar, endokrinoloqlar, eləcə də digər mütəxəssislər mövcud vəziyyətin riskli olduğunu hesab edirlər. Bu barədə “IntuEat” İntuitiv Qidalanma və Psixoterapiya Mərkəzinin Terapevtik Proqramların rəhbəri Svetlana Bronnikova danışıb. “Prime” agentliyi ilə söhbətində mütəxəssis qeyd edib ki, dünyada aktiv maddənin yüksək və ultra yüksək dozaları ilə yüksək keyfiyyətli bir sıra vitamin preparatları istehsal olunur. “Onların məqsədi orqanizmdə müəyyən vitamin çatışmazlığını tez bir zamanda kompensasiya etməkdir. Eyni zamanda, onları reseptsiz qəbul edə və üzərində hər hansı bir tibbi nəzarət olmadan ala bilərsiniz. Buna görə də faydalı olduğuna inanan insanlar öz bədənlərinə zərər verirlər. Vitamin preparatlarının nəzarətsiz qəbulu özündə müəyyən risklər daşıyır”, - həkim qeyd edib.
Bronnikova bildirib ki, iki növ vitamin preparatları var: multivitamin və monovitamin.
“Birinci qrup daha təhlükəsizdir, çünki tərkibi balanslaşdırılıb. Ən təhlükəlisi monovitaminlərdir və hazırda onlar dəbdədir. Vətəndaşlar bu vitaminləri internetdən oxuduqları müxtəlif yazılara inanıb, mütəxəssislə məsləhətləşmədən alıb istifadə edirlər. Ən təhlükəlisi yağda həll olunan vitaminlərin hədsiz dozasıdır, çünki onlar tez və yaxşı sorulur, orqanizmdən yavaş-yavaş xaric olurlar. Ən xoşagəlməz isə A və D vitamininin normadan artıq dozasıdır. Qeyd edim ki, bu vitaminlərin hər ikisi insan orqanizmi üçün zəruridir, amma nəzarətsiz istifadə edildikdə bədənə zərər verir. Həddindən artıq D vitamini də hiperkalsinoza (artıq kalsium) səbəb olur ki, bu da bəzi xəstəliklərdə xüsusilə təhlükəlidir və siqaret çəkənlərdə ağciyər xərçəngi riskini artırır. A vitamininin böyük dozaları görmə qabiliyyətinin pozulmasına, həmçinin ürək və böyrəklərdə problemlərə səbəb ola bilər”, - mütəxəssis bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


