Sağlamlıq
Artıq çəki ilə mübarizədə ən güclü silah
Diyetoloq Mixail Ginzburq bildirib ki, zəncəfil artıq çəki ilə mübarizədə əla vasitədir. Ancaq sağlamlığa zərər verməmək üçün bu məhsuldan düzgün istifadə edilməlidir.
Publika.az xəbər verir ki, həkim bu barədə “VM.ru”ya danışıb.
O bildirib ki, pəhriz saxlasanız və idmanla məşğul olsanız da, zəncəfil artıq bədən piyləri ilə mübarizə aparmağa mükəmməl kömək edir.
“Zəncəfil arıqlamaq üçün yaxşı köməkçi ola bilər. Bununla belə düzgün qidalanmağa, məşq etməyə, yuxuya nəzarət etməyə və gündəlik çəkini ölçməyə dəyər. Bütün bu tövsiyələr fonunda zəncəfil pəhrizin təsirini artıra bilər”, - diyetoloq qeyd edib.
Diyetoloq izah edib ki, arıqlama zamanı zəncəfilin necə və hansı miqdarda yeyilməsi ilə bağlı dəqiq qaydalar yoxdur. Bu, çox fərdi bir prosesdir. Məsələn, bir insan gündə 10-20 qram kök istifadə edərsə, o zaman müsbət təsir gözləmək olar. Bu məhsul maddələr mübadiləsini sürətləndirir. Bununla belə, müəyyən nisbətlərdə onun effektivliyini sübut edən ciddi tədqiqatlar yoxdur.
“Zəncəfil çayı içməyi məsləhət görürəm. Bu, ən asan və təsirli yoldur. Onu evdə dəmləmək asandır, həm də içmək xoşdur”, - Ginzburq qeyd edib.
Diyetoloq xəbərdarlıq edib ki, zəncəfil qastrit və ya mədə xorası olanlar, xüsusən də ağırlaşmış formada bu xəstəlikdən əziyyət çəkənlər üçün zərərlidir.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































