Sağlamlıq
Təmiz havada niyə tez acırıq?
Təmiz havada adi yemək bizə daha dadlı gəlir. Bəs bunun səbəbi nədir?
Publika.az xəbər verir ki, Rusiya Milli Diyetoloqlar Assosiasiyasının üzvü Nataliya Kruqlova bu sualın cavabını verib. O, bunu küçədə bədənin daha çox oksigen alması, müvafiq olaraq iştaha cavabdeh olanlar da daxil olmaqla, beynin bütün hissələrinin aktivləşməsi ilə əlaqələndirib.
“Oksigen axını bəzən dadın qavranılmasına təsir göstərir və buna görə də yemək daha dadlı görünə bilər. Amma bu her yeməyin həzm olunmasına o qədər də təsir etməyəcək”, - Kruqlova Sputnik radiosuna müsahibəsində deyib.
Dietoloq onu da xatırladıb ki, təmiz havada gigiyena məsələlərinə daha çox diqqət yetirilməlidir. Açıq havada yemək yeyərkən bağırsaq infeksiyası riskinin qarşısını almaq üçün mikrobioloji təhlükəsizlik baxımından daha çox diqqətli olmalıyıq. Məsələn, şəhəri tərk edərkən sadə şeyləri xatırlamaq lazımdır: tərəvəzləri, meyvələri yuyun və.s.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)