Sağlamlıq
Payızda vəziyyət necə dəyişəcək? - ÜST-dən CİDDİ XƏBƏRDARLIQ
Payız və qış mövsümünə hazırlıq zamanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları omikron ştamından qorumaq üçün vaksinasiyanın sayını artırmağı tövsiyə edib.
Publika.az xarici mətbuata xəbər verir ki, bu barədə qurumun Avropa Bürosu məlumat yayıb.
"Epidemioloji vəziyyət ölkədən ölkəyə dəyişir, qış və payıza hazırlıq zamanı ÜST ölkələri infeksiyanın yayılmasını azaltmaq üçün səyləri yeniləməyə və səhiyyə sistemlərini artan təzyiqə hazır olmağa çağırır" , - ekspertlər bildiriblər.
Mütəxəssislər, həmçinin immun çatışmazlığı olan beş yaşdan yuxarı uşaqlar və onların yaxınları üçün ikinci gücləndirici dozanı vurmağı tövsiyə ediblər. ÜST vurğulayıb ki, bu payızda peyvənd olunan insanların sayının artırılması virusun qarşısının alınmasında mühüm oynayacaq.
Həkimlər ölkə sakinlərini qapalı yerlərdə və ictimai nəqliyyatda maska taxmağa, insanların sıx toplaşdığı yerlərdə havalandırmanı təmin etməyə çağırıb. Bundan əlavə, onlar "ağır xəstəlik riski olan şəxslər üçün ciddi terapevtik protokollardan" istifadə etməyi vacib hesab edirlər.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)