Sağlamlıq
Bir gündə nə qədər qarpız yemək olar?
Qarpız ürəyi sağlamlaşdırır, xərçəngin qarşısını almağa kömək edir.
Publika.az oxucuları yay mövsümündə ən çox yeyilən bu böyük giləmeyvənin həm xeyirli, faydalı xüsusiyyətləri, həm də ziyanı barədə məlumatlandırır.
Qarpız həcminə görə ən böyük, eyni zamanda ən dadlı giləmeyvədir. Onun tərkibi insan sağlamlığı üçün çox faydalıdır.100 qram qarpızın tərkibində 30 kalori var. Qarpızın tərkibindəki A, C, E, B6 və T vitaminləri, tiamin, riboflavin, niasin, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stressi azaldır, böyrəkləri təmizləyir, ürəyi sağlamlaşdırır.
92 faizi sudan ibarət qarpızın tərkibində bir sıra antioksidantlar - C vitamini, karotinoid, likopin, E kukurbitasini ürəyin sağlamlığına müsbət təsir edir.
Qarpız dəri və saç üçün də faydalıdır. A və C vitaminləri dəri və saçın sağlamlığı üçün vacibdir. Həzmi yaxşılaşdırır. Qarpızın tərkibində çoxlu su və az miqdarda sellüloz var. Bu isə düzgün qidalanma üçün vacibdir.
İntəhası, bu giləmeyvəni normadan artıq qəbul edəndə həzmlə bağlı problemə səbəb ola bilər. Qarpız əla su mənbəyi və qida lifləri mənbəyidir. Amma qarpızı ifrat dərəcədə yeyəndə ishal, qarın köpü, meteorizm, qaz və s. yaranma ehtimalı var.
Şəkərli diabetdən əziyyət çəkənlər üçün qarpız yeyən zaman icazə verilən qlükoza normasından artıq qlükoza qəbul etmə riski artır. Bu zaman bədənə həddən artıq su yüklənər və su intoksikasiyasına səbəb ola bilər.
Məlum olduğu kimi, qarpızın tərkibində kalium bol miqdardadır. Bu maddə ürəyin sağlamlığına müsbət təsir edir, sümükləri və əzələləri möhkəmləndirir. Amma həddən artıq kalium ürək-damar sistemində problemlər yaradır.
Gün ərzində nə qədər qarpız yemək olar?
Peşəkar diyetoloqların sözlərinə əsasən, 100 qram qarpızın tərkibində 30 kalori var. Nəzərə alsaq ki, qarpız əsasən sudan ibarətdir, deməli, gün ərzində rahatlıqla 500 qram yemək olar. Bu isə 150 kalorilik qida deməkdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
