Sağlamlıq
Uzunömürlüyün SİRRİ TAPILDI
Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun alimləri çayın əvəzolunmaz xüsusiyyətini müəyyən ediblər.
Publika.az xəbər verir ki, Amerikanın “Annals of Internal Medicine” qəzetində dərc olunan araşdırmaya görə, gündəlik qara çay istifadəsi ömrü uzadır.
Genişmiqyaslı tədqiqatda hər gün çay içən 40-69 yaş arasında olan təxminən yarım milyon insan iştirak edib. Məlum olub ki, qara çay içənlərin bütün səbəblərdən, o cümlədən ürək-damar xəstəlikləri, infarkt və insultdan ölüm riski bir qədər azalıb. Bundan əlavə, içkidə süd, şəkər və ya digər əlavələrin olması onun faydalı xüsusiyyətlərini pozmur.
"Tədqiqatın nəticələri bu fitonutrientlərin və birləşmələrin təsiri ilə bağlıdır, çünki oksidləşdirici stressin və iltihabın azalması bütün hallarda ölüm riskini azaldır", - tədqiqatın müəlliflərindən biri bildirib.
Qeyd etmək lazımdır ki, daha dəqiq nəticə əldə etmək üçün mütəxəssislər əlavə sınaqlar keçirmək niyyətindədirlər.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)