Sağlamlıq
Bu vitamin bizi infeksiyalardan qoruya bilərmi? - FOTO
Meri və Oslo Universitet Xəstəxanasının tədqiqatçıları bildiriblər ki, vitamin D əlavələri COVİD-19 və ya digər kəskin respirator infeksiyalara yoluxma riskini azaltmır.
Publika.az xəbər verir ki, bu barədə məlumat "British Medical Journal"da (BMJ) dərc olunub.
Böyük Britaniyada 2020-ci ilin dekabrından 2021-ci ilin iyununa qədər keçirilən ilk sınaqda yaşı 16 və yuxarı olan 6200 nəfər iştirak edib. Tədqiqatdan əvvəl onlar D vitamini qəbul etməyib. İştirakçılar iki qrupa bölünüb. İlk olaraq D vitamini üçün qan testi verilib. 86 faizdə aşağı olduğu ortaya çıxıb və onlara altı ay ərzində gündəlik 3200 və ya 800 IU verilib. İkinci qrupa isə bu vitamin, ümumiyyətlə, verilməyib. Nəticədə, hər iki qrupda yoluxma sayının təxminən bərabər olduğu ortaya çıxıb. Ekspertlərin sözlərinə görə, əks təsirlər vitamin qəbulu ilə əlaqəli deyil.
İkinci sınaq 2020-ci ilin noyabrından 2021-ci ilin iyununa qədər Norveçdə keçirilib. Burada 18 yaşdan 75 yaşa qədər 35 minə yaxın insan iştirak edib. Onlar da təcrübə başlamazdan əvvəl D vitamini əlavələri qəbul etməyiblər və iki qrupa bölünüblər. Birinciyə 5 ml balıq yağı, digərinə 5 ml qarğıdalı yağı verilib. Altı aydan sonra nəticələr göstərib ki, qida rasionunda balıq yağının olması və ya olmaması kəskin respirator infeksiyaların və ya koronavirusun yoluxucuğuna təsir etməyib. Hər iki qrupda təxminən eyni sayda yoluxma qeydə alınıb.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)