Gerçək yaşınızı müəyyən edir! - Damarlarınızla bağlı BİLMƏDİKLƏRİNİZ
Bizi izləyin

Sağlamlıq

Gerçək yaşınızı müəyyən edir! - Damarlarınızla bağlı BİLMƏDİKLƏRİNİZ

Damarların daxili səthi endotel adlanan bir membranla örtülüb. Endotelin qanın axıcılığından tutmuş laxtalanmanın qarşısının alınmasına qədər bir çox mühüm funksiyaları yerinə yetirir. Yüksək xolesterin, diabet və siqaret kimi bəzi amillər endotel funksiyasının pisləşməsinə və damarların yaşlanmasına səbəb olur. Əgər damarlarınız tıxanıbsa, bioloji yaşınız gerçək yaşınızdan daha çox ola bilər.

Publika.az xəbər verir ki, bu barədə kardioloq Çiğdem Koca danışıb.

Damar yaşlanmasının səbəblərini və damar sağlamlığını qorumağın yollarını izah edən həkimlə müsahibəni təqdim edirik:

- Həkim, damar yaşı nədir?

- Bir insanın yaşını qiymətləndirərkən nəzərə aldığımız müxtəlif meyarlar var. Xronoloji olaraq təyin olunan gerçək təvəllüdü ilə insanın damar yaşı həmişə eyni olmaya bilər. Bədənin qocalması təqvim yaşı ilə əlaqəli deyil. Bu vəziyyət həm də insanın “damar yaşı” ilə bağlıdır. Damarlarınız nə qədər yaşlıdırsa, siz də bir o qədər yaşlı hesab olunursunuz. Bu müddəadan irəli gələn “damar yaşı” anlayışı sağlamlıq vəziyyətimizi gerçək yaşımızdan daha yaxşı təyin edən bələdçi rolunu oynayır.

- Damarların yaşlanması sağlamlığımıza necə təsir edir?

- Damarların yaşlanması ürək-damar sistemi xəstəlikləri riskini artırır. İnfarkt, ani ürək dayanması, koronar angina (damar tıxanması ilə bağlı sinə ağrısı), insult, beyin qanaması, ayaq damarlarının tıxanması və ürək çatışmazlığı kimi bir çox fərqli klinik vəziyyət ürək-damar xəstəlikləri olaraq qiymətləndirilir. Damar yaşımızın irəliləməsi bu xəstəliklərlə qarşılaşma ehtimalımızı artırır.

- Damarların yaşlanma sürətinə təsir edən amillər nərlərdi?

- Damarların yaşlanması əslində uşaqlıqdan başlayır. Zamanla bu qocalma prosesini sürətləndirən və damarın yaşına mənfi təsir edən bəzi amillər var. Bunlar şəkərli diabet, tütün və tütün məmulatlarından istifadə, yüksək qan təzyiqi, yüksək xolesterin və piylənmədir. Nümunə ilə izah edim, hipertoniya və yüksək xolestereni olan 40 yaşlı siqaret çəkən bir adamda ürək-damar xəstəliyi riski təxminən 5 faiz təşkil edir ki, bu da 63 yaşlı insanla eyni riski təşkil edir. Yəni təqvim yaşı 40 olan bu şəxsin damar yaşı 63-dür. Təzyiqi, şəkəri, xolestereni olmayan, siqaret çəkməyən, müntəzəm idmanla məşğul olan şəxsin xronoloji yaşı 60, damar yaşı isə 40 olaraq qiymətləndirilir.

- Damarlaırn sağlam olması üçün nə edə bilərik?

- Aydındır ki, təqvim yaşımızın irəliləməsinə mane ola bilmərik, lakin damarlarımızın qocalmasını gecikdirmək üçün tədbirlər almaq mümkündür. Artıq çəkili və ya obez insanlar aşağı kalorili pəhrizlər və idman damar yaşına müsbət təsir göstərir. Çəkidə heç bir problem olmasa belə, qidalanmamızla bağlı bəzi ehtiyat tədbirləri görə bilərik. Menyuda natrium miqdarının məhdudlaşdırılması həm hipertoniyaya, həm də bütün sağlam insanlarda damar yaşına müsbət təsir göstərir. Rasionumuzda elə maddələr var ki, onları artırmaq lazımdır. Meyvə və tərəvəzlərdə, toxumlarda, çayda bol olan flavonoidlərin istehlakı. Bu, həm ürək-damar, həm də xərçəng riskimizi azaldacaq. Xülasə, düzgün qidalanma vərdişlərini mənimsəməklə, siqaretdən uzaq durmaqla, idman etməklə, psixi sağlamlığımıza diqqət yetirməklə, qanda şəkərin və xolesterin səviyyəsini, eyni zamanda təzyiqimizi nəzarət altında saxlayaraq sağlam həyat sürə bilsək, damarlarımız daha gənc vəziyyətdə qala bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm