Sağlamlıq
83 yaşlı həkim stresi ram etməyin ən effektli yollarını açıqladı
Rusiyanın ən məşhur kardioloqu Leo Bokeriya streslə mübarizə yollarından danışıb. 1939-cu ilin dekabrında dünyaya göz açan, uşaq ikən yaxınlarını itirən həkim deyib ki, ona qohumları və qonşuları narahatlıq və məhrumiyyətlərin öhdəsindən gəlməyə kömək edib.
Publika.az xəbər verir ki, məşhur həkim bu barədə “Kp.ru”ya danışıb.
“Anam üçümüzü böyüdüb, hamımızın ali təhsili var. Mən yalnız aclığı deyil, həm də ümid verib dəstək olan qonşuları yaxşı xatırlayıram. Ona görə hesab edirəm ki, sakitliyin mühüm hissəsi, panikaya düşməyə imkan verməyən ailədir”, - kardioloq vurğulayıb.
Bundan əlavə, Bokeriya bədəninizi və özünüzü dinləməyə çağırıb: “Hər problemə görə həkimə qaçmamalısınız, ancaq bir şey sizi həqiqətən narahat edirsə, müalicəni gecikdirməməlisiniz”.
O, həmçinin piylənməyə yol verməməyi tövsiyə edib.
Kardioloq bildirib ki, davamlı gəzinti həm narahatlıqla mübarizə aparmağa kömək edəcək, həm də ürək xəstəliklərinin və yaşa bağlı dəyişikliklərin qarşısını almaq üçün faydalıdır. Bokeriya emosiyaları gizlətməməyi, hadisələri hiss etməyi və hisslərinizi ifadə etməyi məsləhət görüb.
“Həyatda ən vacib şey xoşbəxt olmaq arzusudur” - həkim yekunda əlavə edib.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)