Sağlamlıq
Ağ Evin həkimindən SOS - Bu qış...
Prezident Co Baydenin baş sağlamlıq müşaviri, Vaşinqton administrasiyasında xidmət edən Dr. Entoni Fauci ötən gün qatıldığı tədbirdə narahatlıq yaradan açıqlamalar verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp dövründə də gündəmdə olan və son zamanlar açıqlamaları ilə gündəmə gələn Fauci bu qışın ağır keçəcəyini deyib.
“Bu qış COVİD-19-un daha təhlükəli variantı ortaya çıxa bilər. Sosial məsafə və ehtiyat tədbirləri davam etdirilməlidir. Biz peyvənd və ya əvvəlki xəstəlik nəticəsində yaranan immuniteti aşa biləcək bir virusun ortaya çıxacağını gözləyirik.
Qış aylarında təkrar yoluxma sayının artma riski var. Düzgün yoldayıq, amma yenidən pandemiyaya düşə bilərik. 2021-ci ilin yayında yoluxmalar azaldı, lakin qış aylarında Omikron variantı ilə yoluxmaların sayı yenidən artdı. Odur ki, yeni variantlar ortaya çıxsa, təəccüblənmərik. Xüsusilə bu payız mövsümündə insanları peyvənd olunmağa çağırırıq”, - bildirib.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)