Sağlamlıq
Ətin bədənə bilinməyən təsiri üzə çıxdı
Braziliya alimləri bu qənaətə gəliblər ki, ət yeməyən insanların depressiyaya düşmə ehtimalı iki dəfə çoxdur.
Publika.az xəbər verir ki, bu barədə “Journal of Affective Disorders” məlumat yayıb. Tədqiqatın müəllifləri qeyd ediblər ki, sosial-iqtisadi amillərə və həyat tərzinə baxmayaraq, vegetarianlar depressiyaya daha çox həssasdır.
Alimlər qidalanmanın müxtəlif aspektlərini, o cümlədən ümumi kalori, zülal və mikroelementlərin səviyyəsini nəzərə alıblar. Məlum olub ki, depressiyaya ən çox vegetarianlarda rast gəlinir.
Tədqiqatda qeyd olunub ki, onların depressiyaya düşməsi həmişə orqanizmdə qida maddələrinin çatışmazlığı ilə bağlı olmur. Məsələn, digər insanlarla qidalanma ilə bağlı fikir ayrılıqları da buna səbəb ola bilər. Alimlərin fikrincə, bu insanlara həm də heyvanların öldürülməsi və ət istehsalı ilə bağlı görüntülər də mənfi təsir göstərir.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)