Sağlamlıq
Payızda immuniteti gücləndirən 5 qayda
İmmunoloq Andrey Prodeus hesab edir ki, payızda xəstələnməmək üçün beş qaydaya əməl etmək vacibdir.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə ən birinci yuxu rejiminə diqqət etməliyik. Çünki yuxu soyuq mövsümdə immuniteti gücləndirməyin əsas yollarından biridir.
"Bədənin aktiv bərpası saat 23:00-dan 3:00-a qədər baş verir" - immunoloq "Zen" platformasındakı bloqunda bildirib. Həkim daha sonra rasional qidalanmağı tövsiyə edib: - payız menyusunda çoxlu dəmir və D vitamini olmalıdır.
"Adi stress də xəstəliklərə səbəb olur. Həm fiziki, həm də psixoloji amillərin orqanizmə mənfi təsirlərini minimuma endirmək lazımdır" - deyən Prodeus qripə qarşı peyvəndi də xatırladıb: "Çünki peyvənddən sonra orqanizm tez bir zamanda xəstəliyin törədicisini bloklayır".
Sonda immunoloq mənzilin havalandırılmasının vacibliyini qeyd edib və xatırladıb ki, soyuq hava soyuqdəymə və qripin yayılmasına təsir etmir: "İnsanlar soyuqdəyməsi olan və qripə yoluxanların yaydığı infeksiya nəticəsində xəstələnirlər".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































