Sağlamlıq
Koronavirusdan sonra üzə çıxan DƏHŞƏTLİ XƏSTƏLİK
Koronavirusa yoluxmuş xəstələri sağaldıqdan bir il sonra insult və infarkt riski gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya müsahibəsində endokrinoloq, kardioloq, tibb elmləri namizədi Aleksey Jito danışıb.
"İnsanlar bəzən bir il ərzində koronavirusdan sağala bilmirlər. Biz başa düşməliyik ki, kovid ürək-damar xəstəliyidir. Yəni, bu, təkcə viral xəstəlik deyil, endotelin zədələnməsinə səbəb olan ürək və qan damarlarının xəstəliyidir. Hətta bir ildən sonra xəstələrdə insult və infarkt əmələ gələ bilər”, - deyə həkim vurğulayıb.
Mütəxəssisin fikrincə, insult və infarkt riski kişilər üçün xarakterikdir, çünki onlar xəstəliyə qadınlardan daha az dözümsüzdülər. Bir qayda olaraq, bu, 40-50 yaşlarında olan kişilərə aiddir. Mütəxəssis qeyd edib ki, belə bir insult "gecikmiş" xarakterə malikdir, çünki zədələnmiş damarlarda lövhələr daha sürətli böyüyür.
"Qadınlar tez-tez saç tökülməsi ilə qarşılaşırlar. Bu, çox xarakterik hala gəlib və koviddən bir il sonra baş verir. Çox maraqlıdır ki, həm kişilərdə, həm də qadınlarda otoimmün xəstəliklərin inkişaf riski artır", - deyə həkim əlavə edib.
Bundan əlavə, terapevt koviddən sonrakı erkən simptomları xatırlatdıb. Onun fikrincə, insan kökəlməyə başlaya və özünü zəif, pis hiss edə bilər. Bütün bunlar təngənəfəslik, tez-tez nəbz və ürək-damar xəstəlikləri riskinin artması ilə müşayiət olunur.
Aytən Məftun
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO




















.webp)













.jpg)


