Sağlamlıq
"Bu uşaqlar risk altındadır" - Təyyar Eyvazovdan valideynlərə xəbərdarlıq
Hazırda ölkədə mövsümi kəskin respirator virus infeksiyasına yoluxma hallarına rast gəlinir. Eyni vəziyyət bizi əhatə edən ölkələrdə də müşahidə olunur. Xəstəliyin əksər hallarda yüngül keçməsi, əhalinin həkimə müraciət etməməsi və qeydiyyata alınmaması səbəbindən dəqiq statistika yoxdur.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Publika.az-a qrip virusunun təhlükəsi ilə bağlı danışarkən deyib.
Mütəxəssis hesab edir ki, yoluxma halları gələn ildən azalacaq:
"Bir sıra mütəxəssis-ekspertlərin fikrincə, yoluxma hallarının səviyyəsi yanvar ayında azalmağa doğru gedəcək. Xəstəliyin simptomları hərarətin yüksəlməsi, ümumi zəiflik, baş, əzələ, boğaz ağrısı, burun tutulması və ya axması və s. törədicinin növündən asılı olaraq müəyyən qədər fərqlənə bilər, lakin diaqnozun yalnız laborator təsdiqi mümkündür. Mövsümi qrip və respirator virus infeksiyaları üçün fəsadlı gedişin risk qrupuna 5 yaşadək uşaqlar da daxildir. Xüsusən müxtəlif xroniki xəstəliyi olan immundefisitli uşaqlar risk altındadırlar. Valideynlər əlverişsiz nəticələrlə üzləşməmək üçün diqqətli olmalı, xəstəlik əlamətləri olan uşaqları bağçaya, məktəbə buraxmamalı və evdə təcrid edərək həkimə müraciət etəlidirlər".
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)