Sağlamlıq
İmmuniteti gücləndirməyin yolu
Bədən vahid bir sistemdir, onun işinə çox sayda amillər təsir edə bilər: stress, iş və istirahət rejiminin pozulması, vitamin çatışmazlığı, nizamsız yuxu və qidalanma, əlverişsiz hava şəraiti və.s. Bu fonda orqanizmin aqressiv xarici amillərə, məsələn, viruslarla mübarizə qabiliyyəti azalır.
Publika.az xəbər verir ki, bu sözləri "Lenta.ru"ya terapevt Alena Qluşakova qışda immuniteti gücləndirməyin yollarından danışarkən deyib.
Həkim qeyd edib ki, xəstəliklərin qarşısını almaq və adaptiv mexanizmləri təkmilləşdirmək üçün tam sağlam qidalanma rejimini qurmaq, normal iş və istirahət rejiminə riayət etmək, həkimin təyin etdiyi vitaminləri qəbul etmək və səhər məşqləri kimi fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.
"Bu cür fiziki məşq istənilən yaşda və fiziki hazırlıqda olan insanlar üçün uyğundur. Xüsusi şərtlər tələb olunmur, sadəcə bir kvadrat metr və istək kifayətdir. Fiziki hərəkətlər sizə enerji verəcək, həm də bədəninizi işlək vəziyyətə gətirməyə və "batareyalarınızı" doldurmağa kömək edir. Bu, orqanizmin müdafiəsini qorumaq üçün vacibdir", - deyə həkim vurğulayıb.
Sağlam qidalanmadan danışan həkim qeyd edib ki, səhər yeməyi bədəni gün ərzində enerji ilə təmin etmək baxımdan qiymətlidir.
"Ümumiyyətlə diqqətinizi şirniyyatlara, dondurulmuş qidalara və konservlərə deyil, təzə tərəvəzlərə, meyvələrə, göyərtilərə, balıqlara, ətlərə, taxıllara yönəltmək daha yaxşıdır. Və nə içməli? Geniş yayılmış virus infeksiyası zamanı qızılgül dəmləməsi, limonlu çay, bal, qaragilə, moruq, qara qarağat faydalıdır. Bu içkinin tərkibində çoxlu C vitamini var. Ancaq çaya faydalı bitkilər əlavə etsəniz daha yaxşı olar - limon, nanə, cökə çiçəkləri, qarağat yarpaqları və s. İmmuniteti gücləndirmək üçün kifayət qədər yuxu almaq da eyni dərəcədə vacibdir. Gecə yuxusu saatlarının sayı insanın yaşından asılıdır. Üstəlik həddən artıq yatmaq da az təhlükəli deyil. 25 yaşdan 65 yaşa qədər böyüklər gün ərzində 7-9 saat yuxu yatmalıdır. Sağlam yuxu gün ərzində sərf olunan gücü bərpa edir, orqanizmin müdafiə qüvvələrini lazımi səviyyədə saxlamağa kömək edir", - deyə terapevt izah edib.
Aytən Məftun
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi





















.webp)
.png)









.jpg)
.jpg)