Sağlamlıq
51 yaşlı məşhurun cavanlıq sirri açıldı
Amerikalı musiqiçi və aktyor Cared Letonun əbədi gəncliyinin sirri kosmetologiya ilə bağlı deyil. O, qocalmanı ləngidən bəzi qaydalara əməl edir, onlardan biri müntəzəm idmandır.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya müsahibəsində yaş əleyhinə terapevt, dermatoloq, kosmetoloq, gerontoloq Yelena Kudaşkina məlumat verib.
"Bunu aktyorun yarıçılpaq fotolarına baxanda aydın görmək olar. Güclü əzələləri var, həm bədəni, həm də üzü gənc görünür. Genlər mütləq rol oynayır. Onun qardaşı Şennon da cavan qalıb. Amma Cared müsahibələrində bildirib ki, idman onun həyat tərzidir, xüsusilə açıq havada məşq edir. Aktyor təmiz havada idman edərkən heç bir qadcet götürmür, qaçmağa, gəzməyə və velosiped sürməyə üstünlük verir. Bundan əlavə, ulduz psixi sağlamlığı izləyir və gündəlik meditasiya edir, özünüdərki öyrənir.
Üçüncü və ən əsası, o, vaxtında və düzgün yatdığını söyləyir. Kifayət qədər yuxu almadığınız təqdirdə aktiv həyat tərzinə və ağır yüklərə tab gətirmək mümkün deyil. Taxıl məhsulları, qoz-fındıq yeyir, normaya riayət edir. Leto bütün zərərli qidalardan, o cümlədən alkoqoldan imtina edib, hətta pivə də içmir. Əlbəttə ki, siqaret də çəkmir", - deyə mütəxəssis qeyd edib.
Terapevtin fikrincə, belə prinsiplərə əməl etmək əbədi gənc görünməyin 90%-ni təşkil edir.
Aytən Məftun
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN



















.jpg)




















