Sağlamlıq
Qadının gözəlliyini, kişinin sağlamlığını qoruyan məhsul
Dəniz məhsulları, xüsusilə kalamar qadın gözəlliyini qoruyan, kişi sağlamlığını isə gücləndirən ən faydalı dəniz məhsuludur.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diyetoloq Mariyat Muxina "Lenta.ru"ya açıqlamasında danışıb.
Dietoloq xatırladıb ki, cəmi 100 qram kalamarın tərkibində 100 kilokalori və 18 qram amin turşularına hidroliz olunan saf zülal var. Mütəxəssis izah edib ki, orqanizmin toxumaları onlardan sintez olunur və ürək əzələsi üçün çox faydalıdır. Məhsul həmçinin mikroelementlərlə zəngindir, o cümlədən B vitaminləri (B1, B2, B6), E, manqan, mis, selen, yod, fosfor və s. Kalamarda olan B qrupunun vitaminləri miqrenə müalicəvi təsir göstərir, kalsium və fosfor isə dayaq-hərəkət sistemi üçün vacibdir.
"Uşaqlarda dişlərin və sümüklərin düzgün böyüməsi üçün (üç yaşından və allergiya olmadıqda) effektivdir, süd verən analara isə altı aydan etibarən kalamar yeməyə icazə verilir. Maqneziumun yüksək konsentrasiyası səbəbindən kalamar sakitləşdirici təsir göstərir. Kalamar dəri və saçları bərpa etmək, həmçinin dırnaqları möhkəmləndirmək xüsusiyyətlərinə malik olduğundan qadın gözəlliyi üçün ən effektiv məhsul adlandırılır”, - Muxina bildirib.
Ekspert qeyd edib ki, kalamarda olan omeqa-3 və omeqa-6 məhsuldarlığı artırır, immunitet sistemini gücləndirir və qan laxtalanmasının qarşısını alır.
"Kişilər kalamarları "gender məhsulu" hesab edirlər, çünki asanlıqla həzm olunan protein kişilərin orqanlarını və sistemlərini gücləndirir, potensialı yaxşılaşdırır və testosteron istehsalını stimullaşdırmaqla əzələ böyüməsini artırır. Eyni zamanda qurudulmuş kalamar qəlyanaltılarının tərkibində çox miqdarda duz olduğuna görə böyrəklərə zərərlidir, xüsusilə pivə ilə içildikdə ödemə səbəb olur. Təbii məhsulsa bədəni enerji ilə doyurur, aclıq hissini aradan qaldırır, toksinləri çıxarır, həmçinin xolesterin mübadiləsini yaxşılaşdırır və şişkinliyi aradan qaldırır.
Kalamarlar xüsusilə şəkərli diabet üçün faydalıdır. Kalamar qastrit və duodenitdə "5 nömrəli cədvəl"ə daxildir: qaynadılmış və ya bişmiş kalamarın zərif əti mədəni qıcıqlandırmır və asanlıqla həzm olunur ", - deyə həkim yekunda bildirib.
Aytən Məftun
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov














.jpg)





















