Sağlamlıq
Bu halda qrip aylarla davam edə bilər - Xəbərdarlıq
Qripin ağır formasında bədənin bərpası təxminən üç ay çəkə bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt Andrey Ryabkov məlumat verib. O qeyd edib ki, qripi yüngül keçirənlər təxminən bir həftə sonra sağalır.
"Qripin yüngül formasında orqanizm təxminən 7-10 gün ərzində sağalır. Orta ağırlıqda 10-14 gün, bəzən 21 günə qədər davam edə bilər. Qripin daha ağır formasının sağalması isə təxminən üç ay, bəzən isə daha çox çəkə bilər”, – mütəxəssis Ura.ru-ya müsahibəsində bildirib.
Həkim qeyd edib ki, xəstəliyin başlanmasından əvvəl immunitetin vəziyyəti, eləcə də xroniki xəstəliklərin olması bərpa dövrünə təsir göstərə bilər. Ən təhlükəli fəsadlar arasında həkim viral pnevmoniya, viral meningit, koronar ürək xəstəliyinin kəskinləşməsi, bronxial astma, xroniki bronxiti qeyd edib. Qrip həmçinin otit və sinüzitə səbəb ola bilər.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)