Sağlamlıq
İşdə olanda bunu nəzərə alın: İnsult riskini 5 dəfə artırır
Xüsusilə iş yerlərində ağır stress insult riskini artıra bilər.
Publika.az xəbər verir ki, İrlandiya Milli Universitetinin alimləri bu qənaətə gəlib. Onların araşdırması "JAMA Network Open" jurnalında dərc olunub.
Eksperimentdə Avropa, Asiya, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrikada 26 mindən çox insanın məlumatları təhlil edilib. Məlum olub ki, evdə, işdə, şəxsi həyatda stresli vəziyyətlər işemik insult və hemorragik insult riskinin artmasına gətirib çıxarır, birinci halda damarın tıxanması səbəbindən qan dövranı pozulur, ikinci halda isə beyin toxumasında qanaxma baş verir. Alimlər hesablayıblar ki, bir stresli hadisə insult riskini 17%, iki və ya daha çox isə 31% artırıb.
İşlə bağlı güclü stress xüsusilə təhlükəlidir. Bu vəziyyətdə işemik insult riskinin iki dəfədən çox, hemorragik riskinin isə beş dəfədən çox artdığı müşahidə olunub. Lakin qeyd olunub ki, əgər insan işdə baş verənləri idarə edirsə, stress ondan asılı olmayan amillərin nəticəsi deyilsə, insult riski daha az olur.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)