Sağlamlıq
İmmuniteti güclü edən 3 SİRR
İmmunoloq və teleaparıcı Andrey Prodeus böyüklərdə və uşaqlarda güclü immunitetin formalaşmasına səbəb olan üç əsas qaydanı açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssisin tövsiyələri yutubda "Doctor" kanalında yayımlanıb. Həkim düzgün yuxu rejimini bu qaydalardan biri adlandırıb.
"Əslində, yaxşı immunitet nə qədər və necə yatmağımızdan, nə vaxt yatmağımızdan, nə vaxt qalxmağımızdan asılıdır. Təxminən saat 23:00-dan 3:00-a qədər immun hüceyrələri və sümük iliyi yeni hüceyrələr yaradır, digərləri isə enerji toplayır.
Güclü immunitetin ikinci sirri sağlam qidalanmadır. İmmun hüceyrələr D vitamini olmadan işləyə bilməz, odur ki, bu elementlə zəngin qidaların pəhrizə daxil edilməsini tövsiyə edirəm. Bundan əlavə, dəmir çatışmazlığı immunitetə zərər verə bilər.
Üçüncü qayda əlbəttə ki, artıq çəkinin qarşısının alınmasıdır. Niyə? Çünki piy və artıq çəki hüceyrələrimizi məcazi mənada obez edir, həm də tənbəlləşdirir”, - immunoloq izah edib.
O, yekunda bildirib ki, artıq çəkili insanlarda immun hüceyrələrin sayı qorunub saxlanılır, lakin onların işinin effektivliyi azalır.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































