Sağlamlıq
Dünyanın ən çox və ən az siqaret çəkilən ölkələri
“Our World in Data” dünyada ən çox siqaret çəkilən ölkələri açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cədvələ görə, siyahının başında Sakit okean adası Nauru gəlib. Müvafiq olaraq, ölkədə yetkinliklərim təxminən yarısının (48,5%) siqaret çəkən olduğu müəyyən edilib.
12500 əhalisi olan Nauru adasındam sonra Myanma (44,1%) və Sakit okeanın digər adası Kiribati (40,60%) qərarlaşıb. 2000-2020-ci illər arasında aparılan statistik məlumatlara görə, Afrika ölkəsi Qana siyahıda sonuncu yerlərdə gəlib. 33 milyon əhalisi olan ölkədə siqaret çəkmə nisbəti 3,5 faiz təşkil edib. Halbuki Qana aktiv tütün sənayesinə malikdir, buna baxmayaraq, 50 ildən artıqdır ki, Qərbi Afrika ölkəsi ciddi reklam qadağaları səbəbindən siqaret çəkənlərin sayı azalıb.
Türkiyədə 2020-ci ildə siqaret çəkmə nisbəti 30,70 olub ki, bu da yüksək göstərici hesab olunur. Bu göstərici 2000-ci ildə 32,90 olaraq qeydə alınıb.
İnkişaf etmiş ölkələrdə siqaret çəkmə nisbəti İngiltərədə 15,4 faiz, ABŞ-da 23 faiz, Avstraliyada isə 13,6 faiz təşkil edib.
Siqaret çəkmə nisbəti yüksək olan bir çox Asiya ölkələrində tütün reklamına ya qismən qadağa qoyulur, ya da heç bir qadağa yoxdur, yəni tütün televiziya və çap mediasında reklam edilə bilər.
Britaniyada 2000-ci ildə yetkin əhalinin 37,9 faizinin siqaret çəkdiyi qeydə alınıb, lakin son 20 ildə siqaret çəkənlərin sayınln iki dəfə azaldığı müşahidə olunub. Eyni şəkildə, ABŞ-ın da faiz dərəcələri eyni dövrdə 33,8 faizdən aşağı düşüb.
Mütəxəssislərin sözlərinə görə, bu vərdişi əbədi olaraq aradan qaldırmaq üçün ciddi qaydaların tətbiq edilməsi lazımdır, məsələn, reklamlara məhdudiyyətlər və ictimai yerlərdə siqaret çəkməyi dayandırmaq üçün qanunlar və.s
Ürək xəstəliyi, insult və ondan çox xərçəng növünə səbəb olduğu bilinən siqaret hər il təxminən 8 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Ən çox siqaret çəkən 10 ölkə:
1. Nauru - 48,50%
2. Myanma – 44,10%
3. Kiribati – 40,60%
4. Serbiya – 39,80%
5. Papua Yeni Qvineya – 39,30%
6. Timor – 39,20%
7. Bolqarıstan – 39,00%
8. Livan – 38,20%
9. İndoneziya – 37,60%
10. Latviya – 37,00%
Ən az siqaret çəkən 10 ölkə:
1. Qana – 3,50%
2. Nigeriya – 3,70%
3. Panama - 5,00%
4. Efiopiya – 5,10%
5. Türkmənistan – 5,50%
6. Sao Tome və Prinsipi – 5,70%
7. Toqo – 6,80%
8. Benin – 6,90%
9. Seneqal – 6,90%
10. Kamerun – 7,30%
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


