Sağlamlıq
Üz qızardan XORULTU: xilas olmaq üçün sadə üsullar tapıldı
Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib.
Publika.az xəbər verir ki, həkimin məsləhətini "The Sun" nəşri dərc edib.
Cərrahın sözlərinə görə, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi səbəbindən baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün gimnastika etmək lazımdır.
Raja, dili çölə çıxartmağı və beş saniyə bu vəziyyətdə bərk vəziyyətdə sabit saxlamağı tövsiyə edib:
"Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz. Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün isə, ağzı açmaq, dili damağa basmaq və beş saniyə ərzində bu vəziyyətdə dayanmaq lazımdır. Hər məşq gündə üç-dörd dəfə təkrarlanmalıdır".
Bundan əvvəl nevroloq və otorinolarinqoloq Zarina Zaoeva və Dmitri Rınkov bildiriblər ki, xoruldama nisbətən normal hal sayıla bilər. Əgər bu hal tənəffüs tutulması ilə çətinləşirsə, sağlamlıq üçün son dərəcə təhlükəlidir.
Hüseyn İbadlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)