Sağlamlıq
Artıq çəki ilə mübarizə aparmağın SADƏ YOLLARI
Artıq çəki yığmaq asandır, lakin indi onlarla mübarizəyə başlamasanız, yay tətilinə qədər ondan qurtulmaq çətin olacaq. Bunun üçün artıq çəki ilə mübarizənin sadə və təsirli yollarını bilmək lazımdır”.
Publika.az xəbər verir ki, bunu rusiyalı genetik Alina Levina deyib.
Hər şeydən əvvəl, mütəxəssis “arıqlama gündəliyi” saxlamağı tövsiyə edib. Bu gündəlikdə real məqsədləri və onlara nail olmaq üçün son tarixləri, eləcə də uğurları qeyd etmək lazımdır.
Əvvəlcə arıqlama prosesi plana uyğun getmirsə, özünüzü tənqid etməməlisiniz. Bu yanaşma qısa bir zamanda sizi həvəsdən salacaq. Levina hesab edir ki, hətta kiçik nəticələr üçün də özünüzü tərifləməyə başlamalısınız.
Mütəxəssisin daha bir tövsiyəsi qida qəbulunu ötürməməkdir. Bu, yalnız aclığı artıracaq və pəhrizi pozmağınıza səbəb olacaqdır.
Günün ən vacib yeməyi səhər yeməyidir. Səhər yeməyinin tərkibində kifayət qədər zülal olmalıdır.
Genetik həmçinin qida rasionunuza daha çox lif əlavə etməyi, kifayət qədər su içməyi və şəkərli içkilərdən uzaq durmağı məsləhət görür. Bundan əlavə, vurğulayır ki, kifayət qədər yatmalı və idmanla məşğul olmağa başlamalısınız.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz












.jpg)


.jpg)



.jpg)
















