Sağlamlıq
Professor xərçənglə bağlı həyəcan təbili çaldı: müayinədən keçməsəniz...
Tibbi onkologiya mütəxəssisi professor Deniz Yamaç dünyada xərçəng xəstəliyində ciddi artım olduğunu bildirib.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, tədbir görülməsə, 30 ildən sonra xərçəng hadisələrinin 75 faiz artacağı təxmin edilir.
Professor hər kəsin sağlamlıq təşkilatlarının tövsiyə etdiyi skrininq proqramları üçün mütəmadi olaraq müayinələrdən keçməli olduğunu vurğulayıb:
“Xərçəng bədənin hər hansı bir orqanında və ya toxumasında hüceyrələrin nəzarətsiz çoxalması və böyüməsi ilə meydana gəlir. Xəstəlik yayılmadan əvvəl müayinələr aparılarsa, müalicə də uğurlu olur. İnsanın bədənində gördüyü hər hansı dəyişiklik və ya şikayətləri ən qısa zamanda həkiminə bildirməsi çox vacibdir. Bundan əlavə, qadınların 40 yaşından etibarən döş və illik ginekoloji müayinədən keçməsi, kişilərin isə 50 yaşından etibarən prostat müayinəsindən keçməsi lazımdır”.
Həkim əlavə edib ki, xüsusilə mədə-bağırsaq sistemində şişləri olan insanların 50 yaşdan sonra xərçəngə qarşı müayinə üçün qastroenteroloqlara müraciət etmələri tövsiyə olunur: “Erkən diaqnoz həyatı xilas edir. Dünyada xərçənglə bağlı çoxlu araşdırmalar aparılır. Araşdırmalara görə, tədbir görülməsə, 30 ildən sonra xərçəng xəstəliyinin 75 faiz artacağı təxmin edilir. Bu, çox narahatedici rəqəmdir”.
Roza
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar





































