Sağlamlıq
Bu iki məhsul sizi cavanlaşdıracaq
Diyetoloq Andrey Danilovun sözlərinə görə, balıq yağı və dana qaraciyəri orqanizmin yaşlanmasının qarşısını alan çox faydalı məhsullardır.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə "Lenta.ru"ya danışıb.
O, bildirib ki, bu məhsulun tərkibində çoxlu faydalı maddələr var - omeqa-3, vitaminlər və minerallar (A, D, fosfor, yod, maqnezium, kalsium).
"Bu və digər maddələr toxuma hüceyrələri və beynin normal fəaliyyəti üçün zəruridir. İnsan orqanizmi onları təkbaşına ifraz etməyə qadir deyil. Buna görə də, onlar balıq və qaraciyər kimi məhsullardan və ya apteklərdə satılan qida əlavələrindən alınmalıdır. Onlar xüsusilə yaşlı insanlar üçün faydalıdır.
Balıq yağı 50 yaşdan yuxarı insanların beyin fəaliyyətini normallaşdırmaq üçün vacibdir. Balıq yağında bol olan Omeqa-3 yağ turşuları ürək üçün də son dərəcə faydalı olan bir çox xüsusiyyətlərə malikdir. Son araşdırmalar göstərib ki, omeqa-3 yağ turşuları trigliseridlərin səviyyəsini aşağı salmağa, yaxşı xolesterini artırmağa və qan təzyiqini aşağı salmağa kömək edə bilər.
Eyni zamanda məlumdur ki, balıq yağı yaşlı insanlarda zehni fəaliyyət zamanı beyinə qan axınını yaxşılaşdırır. Omeqa ilə zəngin qidaların müntəzəm qəbulu ilə demansın qarşısının alınması arasında əlaqə aşkar edilib. Çoxlu faydalı və təbii qidalar yeyən və sağlamlığına diqqət yetirən insanlarda demensiya ya yaşıdlarından çox gec baş verir, ya da ümumiyyətlə olmur”, - diyetoloq vurğulayıb.
Aytən
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar





































