Sağlamlıq
Kimyaterapiya tarixə qovuşur
Xərçəng peyvəndinin lisenziyalaşdırılaraq bazara çıxarılacaq vaxt açıqlanıb.
Publika.az xəbər verir ki, on illərdir apardıqları xərçəng araşdırmalarının bəhrəsini toplamaq mərhələsində olduqlarını bildirən Prof. Şahin lisenziya ilə bağlı qərar verəcəklər.
Dəri, bağırsaq, uşaqlıq, prostat və ağciyər xərçəngi kimi 30 növ xərçəngə qarşı klinik araşdırmaların davam etdiyini, birinci və ikinci təcrübələrdə böyük müvəffəqiyyət əldə edildiyini bildirən Prof. Şahin artıq bir peyvənd hazırlamaq prosesində olduqlarını bildirib.
Xərçənglə mübarizədə son illərdə təməlqoyucu yeni tapıntıların əldə edildiyini bildirən Prof. Özlem Türeci, "Biontech olaraq bir sıra proqramlarla böyük irəliləyiş əldə etdik" deyə bildirib.
Hər xəstənin xərçəng hüceyrəsinin fərqli olduğunu və fərdi xərçəng müalicəsinə üstünlük verdiklərini izah edən Prof. Türeci, gələcəkdə kimyaterapiyaya ehtiyac olmaya biləcəyini ifadə edib.
"Biz orqanizmin öz müdafiə sisteminin xərçənglə mübarizə apara bilməsi üçün çalışırıq. Bu yolla bütün bədəni zəhərləyən kimyaterapiyaya artıq ehtiyac qalmayacaq. Kimyaterapiyalar böyük xəstəliklərin müalicəsində istifadə oluna bilən çox güclü bir üsuldur. Bununla belə, üzərində çalışdığımız üsul xərçəngdən təsirlənən bölgələrə antikorları hədəfləmək və mümkün qədər çox sağlam toxuma saxlamaqdır. Bu, gələcək dəqiq müalicələr üçün çox vacib bir yanaşma olacaq. Koronavirus müalicəsində istifadə etdiyimiz MRT-yə tamamlayıcı olaraq ADC-lərdir. ADC-lər daha böyük şiş kütlələrini parçalaya, peyvəndlər isə qalan xərçəng hüceyrələrini yox edə biləcək".(AZXEBER.COM)
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar





































