Sağlamlıq
Z nəsli "korluq epidemiyası" ilə üz-üzədir
Mütəxəssislər Z nəslinin "korluq epidemiyası" riski altında olduğu ilə bağlı xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, davamlı olaraq texnoloji cihazların ekranlarına baxmaq və gün işığından uzaq olmaq "korluq epidemiyası"na səbəb ola bilər.
Oftalmoloqlar “Z nəsli”nin fərdlərinin yaşlandıqca bütün səhiyyə sistemlərini təhdid edə biləcək korluqla üzləşə biləcəklərini açıqlayıblar.
Onların fikrincə, buna ekran vaxtının artması səbəb olur.
“Bu o deməkdir ki, “Z nəsli” bədənin inkişaf dövründə həyati əhəmiyyət kəsb edən təbii işıqdan məhrumdur. Bu, onların görmə qabiliyyətinə uzunmüddətli dağıdıcı təsir göstərmək potensialına malikdir”, - deyə alimlər bildiriblər.
İngiltərədə aparılan araşdırma son 30 ildə göz problemlərinin 46 faiz artdığını və xüsusilə də miyopiya hallarının sürətlə çoxaldığını göstərib.Göz cərrahları vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Onlar bu rəqəmlərin gələcəkdəki “epidemiya”nın xəbərçisi olduğu fikrindədirlər.
Mütəxəssislər yeniyetməlik dövründə qapalı şəraitdə kompüter qarşısında qalan uşaqların kifayət qədər dopamin ala bilmədiyini və bunun gözlərinə zərər verdiyini deyirlər.
"Korluq epidemiyası"na səbəb ola biləcək başqa bir amil isə gözdən bir neçə santimetr uzaqda saxlanılan telefon və planşetlərə baxmağa sərf olunan vaxtdır. Bu, miyopiyanın ən birinci səbəblərindən biridir.
Mütəxəssislər müşahidə ediblər ki, Çinin bəzi bölgələrində miyopiya nisbəti 30 faizdən 95 faizə yüksəlib. Miyopiya təkcə eynək taxmaq mənasına gəlmir. Ağır hallar korluğa qədər gedib çıxa bilir.
Tədqiqatlar göstərir ki, gənclərdə zəif miyopiya halları "makula degenerasiyası"ndan (Sarı ləkə) əziyyət çəkmə ehtimalını 41 faiz artırır. "Makula degenerasiyası" isə korluğun əsas səbəbləri arasındadır.
Planşet və televizorlardan çox vaxt “uşaq dayəsi” kimi istifadə edildiyini deyən mütəxəssislər valideynlərə övladlarının ekran qarşısında keçirdikləri vaxta məhdudiyyət qoymalarını tövsiyə ediblər. (Medicina.az)
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































