Səhiyyə
Bakıda psixatrop maddələr satan aptek müdiri saxlanıldı
Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixatrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.
Publika.az xəbər verir ki, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.
Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən "Çinar farm" adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixatrop maddələr satılır.
Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm" aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixatrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsənin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.
Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb.
-
Region14:36Paşinyanın seçki kampaniyasında qalmaqal - VİDEO
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA



































