Səhiyyə
Xərçəng bu şəxslərdə sürətlə İNKİŞAF EDİR
Xərçəng xəstəliyi yaşlı insanlara nisbətən gənclərdə daha sürətli inkişaf edir. Bu, bədəndəki metabolik proseslərin sürəti ilə bağlıdır.
Publika.az “RİA Novosti”yə istinadən məlumat verir ki, rusiyalı cərrah-onkoloq İvan Karasev insanın yaşının xərçəngin inkişaf tempinə təsiri barədə məlumat verərkən belə deyib.
Onun sözlərinə görə, yüksək hormonal statusun fonunda, hormona həssas olan şişlər daha sürətli böyüyür.
Karasev, gənc qadınların hamiləlik dövründə yumurtalıq və ya döş xərçənginin cəmi bir neçə ayda inkişaf etdiyinə dair nümunələr də göstərib. O, həm də xatırladıb ki, hər hansı bir hormonal pozuntu xəstəliyin başlanmasına səbəb ola bilər.
İrsiyyətə gəldikdə, həkim bildirib ki, xərçəngin bu növü ümumi xəstəliklərin beş-yeddi faizində olur.
Sonda Karasev xərçəngin erkən formalarında simptomlar olmadığını nəzərə alaraq, insanları mütəmadi müayinədən keçməyə çağırıb.
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)





























.jpg)








.jpg)
