Səhiyyə
Bu xidmətlər də icbari tibbi sığorta zərfinə daxil edildi
İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buraya açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri daxildir.
V.Qurbanov əlavə edib ki, ötən il agentlik tərəfindən 2500-ə yaxın tibbi xidmət əhatə olunub. Bu sayın 3000-ə qədər artırılması nəzərdə tutulur.
Departament rəsmisi qeyd edib ki, vətəndaşlar xidmətlər zərfinə aid olan xidmətlərin heç birinə görə ödəniş etməyəcək. Bunun üçün vətəndaşların icbari tibbi sığorta haqqı ödəməsi kfayətdir. (trend)
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov









.jpg)




.jpg)




















