Sosial
Yeni binalarda elektrik sayğaclarının pulla quraşdırılması halları araşdırılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinin yeni inşa etdiyi çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb. Məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.
Bu barədə Publika.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binalarının sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə Azərişıq ASC-nin Dövlət Xidmətinə təqdim etdiyi bir sıra sənəd və məlumatlara əsasən aparılır.
Mövcud qanunvericiliyin tələblərinə əsasən, məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?










.jpg)
























