Sosial
Zəfər Günü Abşeronda qeyd olundu - FOTOLAR
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı bayramımız - Zəfər Günü Abşeron rayonunda da qeyd olunub.
Publika.az xəbər verir ki, qələbənin beşinci ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Vətənimizə və dövlətimizə əmanət qalan şəhid övladları ilə birlikdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi, II Fəxri Xiyaban və Xırdalan şəhərindəki Şəhidlər Xiyabanları ziyarət olunub. O cümlədən RİH-in məsul əməkdaşları, ərazi dairəsi üzrə nümayəndəliklər və yerli bələdiyyələr tərəfindən də rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq şəhidlərimizin xatirələri ehtiramla yad olunub, şəhid ailələrinin yaşadıqları mənzillərə baş çəkilərək bayramları təbrik edilib, qayğıları ilə maraqlanılıb.
Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub və Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
-
İqtisadi gündəm21:36Gümüşün qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Art21:12Qazaxıstan filmi onlayn kinoteatrlardan yığışdırıldı - SƏBƏB
-
Sosial20:48Bəzi işçilərə ödənişli məzuniyyət verilməsi MƏCBURİ OLACAQ
-
İdman20:00"Qarabağ–Ayaks" matçına qanunsuz bilet satanlar SAXLANILDI - VİDEO
-
İKT19:36Rövşən Məmmədov bu xanıma YÜKSƏK VƏZİFƏ VERDİ
-
Hadisə19:12Bakıda partlayışın baş verdiyi villa vəzifəli şəxsin qardaşının imiş - FOTO
-
Sosial19:00Aydın Ələkbərov qəfil vəfat etdi - FOTO
-
İdman18:30“Qarabağ”ın daha bir futbolçusu “Flamenqo”ya transfer olunur? - AÇIQLAMA



























.jpg)







