Sosial
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində “Su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq su attraksionunda köməksiz vəziyyətda qalmış zərərçəkmişlər xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi


















.jpg)




.jpg)


















.jpg)
